Faiq Ağayev: “Aygün hara getsə də, qayıdıb üstümə gələcək”
Tarix: 11-02-2021 11:21 | Bölmə: Şou-biznes
Faiq Ağayev: “Aygün hara getsə də, qayıdıb üstümə gələcək”

Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə küsülülüklərinin səbəbini açıqlayıb. Müğənni incikliyə səbəb kimi sosial şəbəkəni göstərib.

Faiq Ağayevin sözlərinə görə, bir şirkət tədbir keçirərkən, ona deyilib ki, Aygün Kazımova ilə aparıcı olacaqsınız:

“Aygün Kazımova ilə münasibətimizin çox kəskin anı idi. Şirkət isə dedi ki, küsülü olmanız mənə maraqlı deyil. Aygünlə qolqola çıxdıq səhnəyə. Aygün dedi ki, kaş bütün illər dost olardım. İndi biz tez-tez küsüb barışırıq”.

F. Ağayev deyib ki, Kazımova ondan bir paylaşım etməsini istəsə də, buna əməl etməyib: “Qayıtdı ki, münasibətlərimizə yenidən baxmalı olacam, dedim, bax. Bilirəm ki, hara getsə də, qayıdıb üstümə gələcək. Bilir ki, onu mənim qədər sevən yoxdur".(MTV)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}