“Space”nin “Planet Parni iz Baku”ya böyük məbləğdə borcu var
Tarix: 12-02-2021 12:28 | Bölmə: Şou-biznes
“Space”nin “Planet Parni iz Baku”ya böyük məbləğdə borcu var

“Space” telekanalının “Planet Parni iz Baku”ya 9 ildir borcu var. Bunu Vaqif Mustafayev də gözəl bilirdi”.

Reyting.az
xəbər verir ki, bu sözləri “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov Yenisabah.az-a açıqlamasında deyib.

Sənətçi telekanalın borcu olduğunu qəbul etsə də, illərdir bu pulu ödəməkdən imtina etdiyini bildirib:

“Bu yaxınlarda kanalın icraçı direktoru Kamil Şahverdiyevlə də əlaqə saxladım. Bildirdim ki, kanala yeni rəhbər gələrsə, zəhmət olmasa, ona da çatdırın ki, “Space”nin “Planet Parni iz Baku”ya borcu var. Kanal öz boynuna borcun olduğunu götürür, sadəcə, ödəmirlər. Hətta iş o yerə çatdı, mən belə bir zarafat da etdim ki, əgər önümüzdəki bir ildə də borcu ödəməsəniz, gələn il “Space” telekanalının bizim komandaya olan borcunun 10 illik yubileyini qeyd edəcəyik. İnşallah, o vaxta kimi zallar, konsert salonları da açılar və biz bu münasibətlə təntənəli konsert təşkil edərik. 10 illik yubileyə müğənni dostlarımızı da çağırarıq, gəlib təmənnasız iştirak edərlər”.

T. İmanov “Space”nin “Bakılı oğlanlar”a olan borcunun miqdarını açıqlamaq istəməyib:

“Borcun miqdarını açıqlamaq istəmirəm. Bizim aramızda centlmen razılaşması var. Mediadan da xahiş edirəm ki, məbləği işıqlandırmasınlar. Amma borc var, özü də külli miqdardadır. Mənim üçün o məbləğ olduqca böyükdür. İndi görək yeni rəhbərlik nə edəcək. Bütün ümidlərimiz onadır”.

Qeyd edək ki, 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullarla “Bir kəndin sevinci” serialını çəkən telekanal aktyorların pulunu bu günə kimi ödəməyib.





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər