17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Samirənin "Eurovision" mahnısının adı bəlli olub - Video
Tarix: 12-03-2021 13:56 | Bölmə: Şou-biznes
Samirənin "Eurovision" mahnısının adı bəlli olub

Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bəlli olub.

Reyting.az xəbər verir ki, 2021-ci ildə mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi "Game of desire" ("Arzulanan oyun") adlı mahnını səsləndirəcək.

Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi "YouTube" səhifəsində yayımlanıb.

Qeyd edək ki, yarışma 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq.(Axşam.az)

Xatırladaq ki, Samirə ötən il baş tutmayan "Eurovision" üçün "Cleopatra" mahnısını hazırlamışdı.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}