Azərbaycanlı model ərəb biznesmenlə nişanlanıb - Fotolar
Tarix: 30-03-2021 15:50 | Bölmə: Şou-biznes
Azərbaycanlı model ərəb biznesmenlə nişanlanıb

Dubayda yaşayan azərbaycanlı model Samirə Ağayeva ərəb biznesmen Selaiman Əzizi ilə nişanlanıb.

Reyting.az
xəbər verir ki, model S. Ağayeva bu barədə “Instagram” hesabında məlumat paylaşıb.

Ortaq dostları tərəfindən tanış olan cütlüyün yaxın günlərdə toyu olacaq.

Onların hər ikisi sosial şəbəkə hesabında bir-birinin adını qeyd edib.

Qeyd edək ki, S. Ağayeva Azərbaycanda və xaricdə moda nümayişlərində, reklam və foto layihələrində iştirak edir. Model əsasən beynəlxalq markalarla əməkdaşlıq etdiyi Dubay şəhərində yaşayır. O, “Best Fashion Model-2017”, “Miss Europe-2018” və “Miss Elegant-2018” kimi titullara layiq görülüb.(Oxu.az)










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}