Aparıcı Mətanət fərqli bir şou hazırlayır
Tarix: 03-04-2021 13:02 | Bölmə: Şou-biznes
Aparıcı Mətanət fərqli bir şou hazırlayır

Aparıcı Mətanət Əliverdiyeva “Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.

Reyting.az
-ın məlumatına görə, M. Əliverdiyeva Axşam.az-a deyib ki, MTV-də fərqli bir şou hazırlayır:

“Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi
yayımlanacaq, həm də bizim milli ritmimizdir”.

Qeyd edək ki, M. Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Space”də çalışırdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}