Məşhur aktrisa kələk gəlməyi xoşlayır - Fotolar
Tarix: 09-04-2021 11:40 | Bölmə: Şou-biznes
Məşhur aktrisa kələk gəlməyi xoşlayır

Türkiyənin məşhur aktrisalarından Selin Şekerçi “BeStyle” jurnalı üçün fotosessiyada iştirak edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə “Hurriyet” xəbər verib.

“Yeşilcam” serialı ilə izləyicilərin qarşısına çıxmağa hazırlaşan Şekerçi aktrisalıqla keçirdiyi qəza sayəsində tanış olub.

“Balerina olmaq istəyən bir uşaqkən səkkiz yaşında keçirdiyim qəza məni səhnəyə atdı. Ayağımdan aldığım travmaya görə rəqs edə bilməzdim. Ona görə də anamın da dəstəyi ilə teatrla tanış oldum. Sonra nə səhnə məni, nə də mən səhnəni buraxa bildim”, - deyə aktrisa bildirib.

Gənc aktrisa gözəl görünməsinin sirrini də bölüşüb.

“Sağlam qidalanmaq üçün son ildir canımı dişimə tuturam. Bədən quruluşuma gəlincə, qüsurlarını gizlətməyi bacaran hər qadın gözəl görünür. Bədən quruluşum möhtəşəm deyil, ancaq kələk gəlməyi xoşlayıram. Özünə inam ən gözəl libasdır”, - deyə o, bildirib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}