Həmkarları Röya Ayxanı xərcə salıb - Foto
Tarix: 13-04-2021 10:27 | Bölmə: Şou-biznes
Həmkarları Röya Ayxanı xərcə salıb

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdırmaq üçün xeyli vəsait ödəyib.

Reyting.az
-ın məlumatına görə, müğənni Röya "ATV maqazin onlarla" verilişində deyib ki, ifaçıları barışdırmaq üçün 8 min hesab ödəyib:

"İki il əvvəl Moskvaya toya getdim, bəlli qiymətim var. Amma bu toy üçün 12 min aldım. Kənan (prodüseri Kənan Bayramov - red.) dəli olmuşdu ki, nə edirsən. Dedim, Abbasla Zamiqi barışdırmalıyam, həmin məclisə getməliyəm. Restoranda 8 min hesab vermişdim. İki gün yeyib-içdik. İndi deyirəm ki, belə olacaqdınızsa, niyə mənə 8 min hesab verdirib, italyan şərablarını açdırırsınız?”

Röya bildirib ki, barışığı sevsə də, qadınları barışdırmağa getmir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}