Ebru Gündəş Rza Zərrabdan boşanır
Tarix: 16-04-2021 10:00 | Bölmə: Şou-biznes
Ebru Gündəş Rza Zərrabdan boşanır

Türkiyəli müğənni Ebru Gündəş həyat yoldaşı, iş adamı Rza Zərrabdan boşanır.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, ifaçı məhkəməyə müraciət edərək 11 illik ərindən ayrılmaq istədiyini bildirib.

Ebru boşanma səbəbi kimi isə xəyanətə uğradığını və Rzanın həyatında başqa qadınların olmasını əsas gətirib.

Xatırladaq ki, Gündəşlə Zərrab 2010-cu ildə ailə qurub. Cütlüyün bu evlilikdən Alara adlı qızı var. Daha sonra Rza bir neçə dəfə həbs edilib.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər