Müğənni dələduzların “toruna” düşüb
Tarix: 20-04-2021 17:16 | Bölmə: Şou-biznes
Müğənni dələduzların “toruna” düşüb

Müğənni Nadir Qafarzadə dələduzluğa məruz qalıb.

Reyting.az
xəbər verir ki, sənətçi tikinti şirkətlərinin birindən mənzil aldığını, lakin 10 il ərzində evin sənədinin ona verilmədiyini bildirib.

Nadir “Söhbət var” proqramında qonaq olarkən bu barədə danışıb:

“2011-ci ildə ev aldım. Aləm qarışdı, binanı tikən şəriklər ayrıldı. Problemləri bir-birinin üstünə atdı. Evim məndən əlavə Türkiyə vətəndaşı və bir neçə nəfərə satılmışdı. Həmin şirkətin tikdiyi dörd binanın hamısında problemlər var idi. Ev sahibləri arasında çaxnaşma oldu, hətta infarkt keçirən də olmuşdu. Məsələni qanun çərçivəsində həll etmək qərarına gəldim. Son bir ildə qərar çıxdı ki, bütün evlər sənədləşməlidir. Gördüm ki, bizi uzun illərdir aldadırlarmış.

Sonda mənzilimin sənədini ala bildim. İndi həmin binada 70 insan yaşayır. Mən də hazırda orada qalıram. Bu problem təkcə mənim yox, Əməkdar artist Lalə Məmmədova və Rəhim Rəhimlinin də başına gəlib. Onlar da həmin şirkətdən ev alıb. Lalə xanımın problemi həll olunub, Rəhimdən isə xəbərim yoxdur. Dələduzlara qulaq asmayın, dövlət idarələri ilə məsələni həll edin”.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər