17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nadir Qafarzadə: “Sıra məndədir, yaşamağın mənası yoxdur”
Tarix: 27-04-2021 12:45 | Bölmə: Şou-biznes
Nadir Qafarzadə: “Sıra məndədir, yaşamağın mənası yoxdur”

Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun sənət yoldaşları onunla bağlı sosial şəbəkələrdə paylaşımlar edir, müğənni ilə bağlı xatirələrini bölüşürlər.

Reyting.az
-ın məlumatına görə, müğənni Nadir Qafarzadə də sosial şəbəkə hesabında Baloğlan Əşrəfov haqqında paylaşım edib:

"Bu da son...Ömrün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim! İtirdiklərimiz qazandıqlarımızdan çox oldu çox...

"Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" səni də apardı, tufanlar, sənətkar. Heç inanmaq istəmirəm. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək! Rahat yat, cənnətlik ol! Sıra məndə, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}