16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“Avroviziya 2021”ə tamaşaçılar da buraxılacaq
Tarix: 30-04-2021 00:09 | Bölmə: Şou-biznes
“Avroviziya 2021”ə tamaşaçılar da buraxılacaq

Bu il 18-22 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçirilməsi planlaşdırılan “Avroviziya” mahnı müsabiqəsinə tamaşaçılar da buraxılacaq.

Reyting.az
-ın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.

Bildirib ki, musiqili gecənin keçiriləcəyi “Ahoy” arenada maksimum 3500 nəfər tamaşaçı şounu izləyə biləcək. Buraxılış isə yalnız 2020-ci ildə müsabiqəyə uğurla bilet əldə edən şəxlər üçün mümkün olacaq. Geniş kütləyə bilet satılmayacaq.

Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilmişdi. Bu il 65-ci dəfə təşkil ediləcək yarışmada Azərbaycanı müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edəcək. O, mayın 18-də birinci yarımfinalda çıxış edəcək.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}