Flora Kərimova Röya Ayxana barışıq jesti edib
Tarix: 05-05-2021 15:43 | Bölmə: Şou-biznes
Flora Kərimova Röya Ayxana barışıq jesti edib

Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu Röya Ayxana barışıq jesti edib.

Reyting.az
-ın məlumatına görə, müğənni Flora Kərimova "ATV maqazin onlarla" proqramında onunla duet oxuyub-oxumayacağı haqda suala cavabında deyib:

"Niyə olmasın? Ürəyi, səsi, şirinliyi, şıltaqlığı, zarafatı var. Niyə duet oxumayaq?".

Qeyd edək ki, F. Kərimova ilə R. Ayxan arasındakı qalmaqal məhkəmədə də araşdırılıb. Kərimova Röyanın səs diapozonunun kiçik olduğunu söyləyib. Ondan sonra tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib. Bir müddət əvvəl isə F. Kərimova R. Ayxanın ünvanına "Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır. Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram",- sözlərini söyləyib.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər