Onlar “Avroviziya 2021”ə buraxılmayacaq
Tarix: 06-05-2021 17:52 | Bölmə: Şou-biznes
Onlar “Avroviziya 2021”ə buraxılmayacaq

“Avroviziya 2021”-in təşkilatçıları pandemiya ilə əlaqədar yarışmaya yaşlı şəxslərin qatılmasının qadağan edildiyini açıqlayıb.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, yarışmanın rəsmi saytında dərc olunan elana əsasən, Rotterdam Ahoy konsert salonuna tutumunun 20% -i olan maksimum 3500 tamaşaçı qəbul ediləcək. Lakin 70 yaşdan yuxarı şəxslər yarışmanı izləməyə buraxılmayacaq. Çünki bu kateqoriyaya daxil olan insanların koronavirusa yoluxma riski daha yüksəkdir.

Böyük əksəriyyət 2020-ci ildə bilet alanlara yer veriləcək. Geniş kütləyə satış olmayacağı bəyan edilib. Tamaşaçıların finala, yarımfinallara və altı məşqə girməsinə icazə veriləcək. Həmçinin yarışmanı izləmək istəyən hər bir şəxs tədbirin başlamasından 24 saat əvvəl alınmış neqativ olan koronavirus test nəticəsini təqdim etməlidir. Bundan başqa maska taxmaq da “Avroviziya 2021”-ə qatılmaq üçün əsas şərtdir.

Qeyd edək ki, yarışmanın birinci yarımfinalı 18, ikinci yarımfinalı 20, finalı isə 22 mayda keçiriləcək. Azərbaycanı “Avroviziya”da Samirə Əfəndi təmsil edəcək. Təmsilçimiz ilk yarımfinalda 14-cü çıxış edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}