Məhkəmə şou-biznesdəki qalmaqalla bağlı qərar verib - Foto
Tarix: 11-05-2021 09:43 | Bölmə: Şou-biznes
Məhkəmə şou-biznesdəki qalmaqalla bağlı qərar verib

"Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə müğənni Kərim Abbasov arasındakı məhkəmə işi başa çatıb.

Reyting.az
xəbər verir ki, məhkəmə Kərimi haqlı tərəf kimi tanıyıb. Bununla bağlı sənətçi məlumat verərək, qalib gəldiyini açıqlayıb:

"Haqq-ədalət yenə də öz yerini tapdı. Məhkəmənin qalibi mən oldum, iş icraya göndərildi. Apellyasiya Məhkəməsi qərarı mənim xeyrimə çıxardı. Yenə də arzunuz ürəyinizdə qaldı. Siz məni məhkəməyə yox, çalışdığınız kanallarda qadağaya qoymağa davam edin. Sevdiyi işdir: "qadağa" qoymaq. Bəlkə onunla özünüzə rahatlıq taparsınız. Sizə yazığım gəlir, Allah sizi hidayət etsin".


O. Əliyev-K. Abbasov

Qeyd edək ki, müğənni ilə prodüser arasındakı qalmaqala səbəb Oqtay Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli olub. Kərim aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilib.

İfaçı eyni zamanda E. Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı. O. Əliyev Kərimdən 200 min manat təzminat istəyirdi.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər