Mətanət İsgəndərlinin oğlundan ayrılan üç uşaq anasını hədələyirlər
Tarix: 12-05-2021 23:59 | Bölmə: Şou-biznes
Mətanət İsgəndərlinin oğlundan ayrılan üç uşaq anasını hədələyirlər

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasında qalmaqal bitmək bilmir.

Reyting.az
Big.az-a istinadla xəbər verir ki, müğənni M. İsgəndərli koronavirusa yoluxan zaman Canana sosial media hesabında keçmiş qayınanası ilə fotosunu paylaşaraq izləyicilərdən ona dua etmələrini xahiş edib. Lakin izləyiciləri onun bu addımını birmənalı qarşılamayıblar. Bununla bağlı Canana yenə də sosial media hesabında açıqlama yayıb:

"Komentlərinizi oxuyub düşünürəm ki, məni necə qınayırsız? Mən, sadəcə, dua edib, şəfa istədim, demədim ki, bağışlayıram. Mən balalarıma əziyyət verən insanı heç vaxt bağışlamaram.

Bəli, mənim balalarım evsizdir. Mətanət xanımın oğlunun artıq ailə həyatı quracağı namizədi mənə zəng vurub hədə-qorxu gəlir, deyir, "3 uşağını 500 manat alimentlə dolandır. Onlara artıq evlə bağlı müraciət edib narahat eləmə". Sizcə haqq budur?

21 il o ailədə gəlin olmuşam. 8 il nişanlı 12 il gəlin. Sizin fikrinizcə, bu uşaqlar evsiz qalmalıdır? Sualım məni qınayanlaradır.

Bilirsiz ki, pulsuz heç bir məhkəmədə qalib ola bilmirsən. Haqlı olsan da haqsız çıxarırlar. Buraxıram zamanın öhdəsinə. Zaman hər bir şeyin dərmanıdır".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər