“Avrovizion” mahnı müsabiqəsinin açılışı olub
Tarix: 17-05-2021 08:12 | Bölmə: Şou-biznes
“Avrovizion” mahnı müsabiqəsinin açılışı olub

Niderlandın Rotterdam şəhərində “Avrovizion 2021” beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

TASS-ın məlumatına görə, Nieve-Maas çayının sahilində təşkil olunmuş müsabiqəyə 39 ölkədən 34 nümayəndə heyəti qatılıb.

Avstraliya təmsilçisi Monten pandemiya məhdudiyyətləri üzündən Niderlanda gələ bilməyib. Polşa, İslandiya nümayəndə heyətləri də açılışda iştirak etməyib, onların COVID-19 üçün testlər bir gün əvvəl müsbət nəticə verib. Təşkilatçılarla eyni oteldə qalan Rumıniya və Malta təmsilçiləri isə karantinə alınıblar.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, Niderland, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldava, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri də iştirak ediblər.

Müsabiqənin yarımfinalı mayın 18, 20-də, final isə mayın 22-ə keçiriləcəyi planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə Samira Əfəndi "Mata Hari" mahnısı ilə təmsil edir.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}