“Avroviziya” qalibinin narkoloji test nəticələri açıqlanıb
Tarix: 25-05-2021 08:27 | Bölmə: Şou-biznes
“Avroviziya” qalibinin narkoloji test nəticələri açıqlanıb

“Avroviziya-2021” mahnı müsabiqəsində qalib gələn İtaliyanın “Maneski” rok qrupunun solisti David Damiano narkotik istifadə etmək şübhəsilə narkoloji testdən keçirib.

RİA Novosti-nin xəbərinə görə, bu barədə Avropa Yayım Birliyi (AYB) rəsmi açıqlamasında bildirib.

AYB-nin açıqlamasında qeyd edilib ki, İtaliya təmsilçilərinin istəyi ilə mövcud olan bütün videoçəkilişlər yoxlanılıb, araşdırma aparılıb. Qrupun aparıcı müğənnisi könüllü olaraq narkotik testdən keçib və testin nəticəsi mənfi olub.

Təşkilat şübhələrə son qoyulduğunu elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}