16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Səhnəyə sərxoş çıxan müğənninin hərəkəti qalmaqal yaradıb - Fotolar
Tarix: 01-06-2021 15:28 | Bölmə: Şou-biznes
Səhnəyə sərxoş çıxan müğənninin hərəkəti qalmaqal yaradıb

Rusiyalı müğənni və aparıcı Olqa Buzovanın Volqoqraddakı konserti qalmaqsız ötüşməyib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, əvvəlcə sənətçi səhnəyə bir saat gec çıxması ilə tamaşaçıları qıcıqlandırıb. "Dom 2" realiti şousundan tanınan Buzova daha sonra mikrofonla oynamağa, gah ağlamağa, gah da gülməyə başlayıb.

Üç mahnı oxuduqdan sonra səhnədən enən müğənni kulisə keçib. Mikrofonu açıq qalan sənətçinin orada danışdıqları və söyüşlərini tamaşaçılar da eşidiblər.

Paltarını dəyişdikdən sonra səhnəyə qayıdan Olqa bu dəfə onu izləməyə gələnlərə barmağı ilə qeyri-etik hərəkət göstərib. "Çıxışımı bitirəndən sonra gedə bilərsiniz. Ya da özünüz bilərsiniz",- deyə Buzova söyləyib.

Buzovanın səhnəyə çıxmazdan əvvəl narkotik istifadə etdiyi iddia olunur.(Axşam.az)









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}