Məşhur müğənni polisə şikayət edib
Tarix: 11-06-2021 11:54 | Bölmə: Şou-biznes
Məşhur müğənni polisə şikayət edib

Türkiyənin məşhur müğənnisi Hadisə yaşadığı yaşayış kompleksinin mühafizəçisi vasitəsi ilə onu soraqlayan və binanın qarşısında dayanıb onu gözləyən Tarık Ü. adlı pərəstişkarından polisə şikayət edib.

Türkiyə KİV-ləri yazır ki, ifaçıdan istədiyi cavabı ala bilməyən şəxs onu narahat etməyə başlayıb.

Tarık gecə saatlarında yenidən yaşayış kompleksinin qarşısına gəlib, binadan işləyənlər bununla bağlı Hadissəyə xəbər veriblər. Sənətçi əvvəlcə bunlara önəm verməyib. Tarık Ü. səhəri gün yenidən gələrək, müğənninin qapısını güdüb. Baş verənlərin ciddiliyini düşünən ifaçı polisə gedərək araşdırma aparılmasını istəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}