Müğənnilər arasındakı qalmaqal böyüyür
Tarix: 15-06-2021 17:02 | Bölmə: Şou-biznes
Müğənnilər arasındakı qalmaqal böyüyür

Müğənnilər Rəhim Rəhimli ilə Roza Zərgərli arasındakı qalmaqal bitmək bilmir.

Reyting.az
xəbər verir ki, Rəhim "ATV maqazin onlarla" verilişində həmkarının ünvanına sərt sözlər deyib. O, Rozanın onun haqda dediklərinə cavab verib:

"Musiqiçilər zəng etdi ki, Roza bizi işlətdi və pul vermədi. Dedim, ola bilməz. Həmin konsertdə mən də olmuşam. Kim olursa olsun, pulunuzu vermirsə, yıxıb-sürüyərəm. Musiqiçinin pulunu verməmək nə deməkdir? Bu söhbəti bağlayın, musiqiçinin pulunu özümüz verərik. Rozaya nə olub?".

R. Zərgərlinin R. Rəhimliyə cavabı gecikməyib. O, "7 Canlı" proqramında Rəhimin fotosunu görərkən "Rəhmətlik" sözünü deyib.

Qeyd edək ki, konsertlərin birində musiqi qrupu Rozanın ona çatacaq qonorarı vermədiyini iddia etmişdi. Roza həmin qrupu Rəhimin öyrətdiyini açıqlamışdı.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}