Rəqqasə Renkaya zor tətbiq etmək istəyiblər - Video
Tarix: 01-07-2021 17:56 | Bölmə: Şou-biznes
Rəqqasə Renkaya zor tətbiq etmək istəyiblər

“Sənətim uğrunda bir çox qurbanlar vermişəm. Ən böyük itkim sevgim olub. Bir insanı çox sevirdim, onda çox məşhur deyildim. Məşhurlaşandan sonra qısqanmağa başladı və ayrıldıq”.

Reyting.az
xəbər verir ki, bu sözləri "Black Angel” ləqəbli rəqqasə Rəna Ağamuradova "Senzurasız Show News” verilişində deyib.

Onun sözlərinə görə, sevgilisinə kifayət qədər vaxt ayıra bilmədiyi üçün ayrılmaq məcburiyyətində qalıblar: "Həm o yoruldu, həm də mən bezdim. İndiyə kimi şəxsi həyatımı sənətə qurban vermiş sayılıram. Heç kim işimi qəbul edə bilmir. Mentalitetimiz buna icazə vermir. Düzü, iki uşaqla bundan sonra ailə qurmağı düşünmürəm”.

Rəqqasə etiraf edib ki, qadın məclislərində çıxış etmək ona daha asandır: "Qadın məclislərində özümü rahat hiss edirəm. Bəzən də elə məclislər olur ki, şoka düşürəm. Tez oynayıb çıxmağa çalışıram. Mən oynadığım zaman ilanı tutub boğmaq istəyiblər. Hətta ikinci mərtəbədən üstümə buz atıblar. Qapını tutub "Burdan çıxmayacaqsan”,- da deyənlər olub. Bir dəfə isə çox böyük itlərin üstünə atmaq istəyirdilər. Qorxan insan deyiləm. Sərxoş adamlarla necə rəftar etməyin lazım olduğunu bilirəm, yola verirəm”.





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər