Nigar Camal qəza törətdiyini etiraf edib
Tarix: 04-07-2021 15:53 | Bölmə: Şou-biznes
Nigar Camal qəza törətdiyini etiraf edib

Nigar Camal avtomobil qəzası törədərək hadisə yerindən qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Reyting.az
xəbər verir ki, müğənni “Instagram” hesabında qəza törətdiyini təsdiqləyib, lakin hadisə yerindən qaçmadığını, həmin şəxsin onunla aqressiv davrandığına görə oradan uzaqlaşdığını bildirib.

Nigar Camal qeyd edib ki, zərərçəkən şəxs çox aqressiv olub: “Təhqir və söyüşlərdən istifadə edirdi deyə hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbləriniz soyuyanda danışarıq. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyum və kamera çəkə-çəkə qaçım. Dəmir parçasıdır, zərəri qarşılanacaq, əsas can sağlığıdır”.

Qeyd edək ki, Unikal.org-un xəbərinə görə, sənətçi idarə etdiyi avtomobillə iki gün öncə “28 May” metrostansiya yaxınlığında “Toyota Prius” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}