10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
“Avroviziya 2022”yə razılıq verən ölkələrin adı açıqlanıb - Siyahı
Tarix: 09-07-2021 00:24 | Bölmə: Şou-biznes
“Avroviziya 2022”yə razılıq verən ölkələrin adı açıqlanıb

“Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının ilkin siyahısı hazırlanıb.

Reyting.az
Novator.az-a istinadla xəbər verir ki, 2021-ci il iyulun 8-nə olan məlumata görə, İtaliyada keçiriləcək yarışa qatılmaq niyyətini ev sahibi ilə yanaşı bu ölkələr təsdiqləyib:

Albaniya, Almaniya, Avstraliya, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Fransa, İsrail, İsveç, İsveçrə, Malta, Niderland, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna.

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında indiyəcən İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə qalib olub.

Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 uğur əldə edib.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, bütövlükdə yarışın 43 iştirakçısı arasında 30-cu yerdə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}