17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Flora Kərimova müğənnilərə səsləndi: “Utanmırsız?”
Tarix: 11-07-2021 09:06 | Bölmə: Şou-biznes
Flora Kərimova müğənnilərə səsləndi: “Utanmırsız?”

Xalq artisti Flora Kərimova müğənniləri tənqid edib.

F. Kərimova "Xəbər-ətər" verilişində deyib ki, sənət adamları qazi, şəhid ailələrinin xoş günlərində pulsuz oxuyub, sonra bu hərəkətlərini reklam edirlər:

"İnstaqramda oxudum ki, müğənnilər qazi, şəhid ailələrinin xoş gününə gedirlər. Deyirlər ki, pulsuz getdim. Utanmırsız? O, canından keçəndə soruşurdu nə qazanacam? Bunu dilə gətirmək olmaz. Bəs, onların ailəsi? Qazini ailə başçısı görür, əlsiz, ayaqsız... Kiməsə minnət qoyursuz. Yaxşılığı itirirlər”.

Xalq artisti bildirib ki, insansevərlik Allahdan buyruğudur: “Qurbanolduğum yaratdığını sevirsə, ona mükəmməllik, düşüncə verir. Birini gözdən salmaq istəyirsə, ağlını, düşüncəsini əlindən alacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}