Duet ortaqlarının gizli sevgisi şou-biznesdə qarşıdurma yaradıb - Video
Tarix: 15-07-2021 11:36 | Bölmə: Şou-biznes
Duet ortaqlarının gizli sevgisi şou-biznesdə qarşıdurma yaradıb

Əməkdar artist Cavanşir Məmmədovla müğənni Mənzurə Musayeva arasında dava düşüb. Reyting.az xəbər verir ki, buna səbəb Mənzurənin dediyi "Duet ortaqları sevgili olur, eşq yaşayır",- sözləridir. C. Məmmədov "Xəbər-ətər" proqramında Mənzurənin ünvanına sərt sözlər deyərək, ona xəbərdarlıq edib:

"Öz gözlərində tir görməyən başqa gözlərdə mil axtarır. Prodüser, sponsor, menecer sevgilin deyil? Adam danışanda qadın olduğunu düşünməlidir. Biz açıb tökmərik çay nəyin üstündən axır. Elə danış ki, quyuya özün düşə bilərsən. Deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Onun ailəsində niyə söz-söhbət yaradırsan? Utanmırsan? Uşaqsan? Adama bir dəfə, iki dəfə deyərlər. Kimsə sənin haqqında bildiyini danışsa, yaxşı olar? Bir dəfə sənə xəbərdarlıq etmişəm ki, danışığına fikir ver. Qayıtdı ki, sizdən danışmıram. Lap məni demirsən, nə haqqın var? Biz çox şeylərin şahidi olmuşuq".

Mənzurə isə C. Məmmədova "Kim ona deyir öz üzərinə götür. İşi bilənlər bilir. Ağ kağızam, ləkə götürmərəm. Mənim haqqımda heç kim heç nə deyə bilməz. Cavanşir uşaq deyil, hər şeyi qəşəng bilir. Olanları demək eyib deyil. Sən niyə özünə götürürsən ki? Mən demişəm 80 faiz sevgilidir. Sən qal 20 faizin içində",- cavabını verib.(Axşam.az)





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər