Müğənni keçmiş həyat yoldaşını məhkəməyə verib
Tarix: 04-08-2021 15:17 | Bölmə: Şou-biznes
Müğənni keçmiş həyat yoldaşını məhkəməyə verib

Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi bitmir.

Reyting.az
xəbər verir ki, pandemiya vaxtı həmkarları kimi çətin dönəmdən keçən Sandal bir müddət təzminatı ödəyə bilməyib. Bu səbəbdən Emina onun evinə və ofisinə girov göndərib, məhkəməyə verərək hətta bank hesablarını da nəzarətə götürüb.

Keçmiş həyat yoldaşının belə addım atmasını bağışlamayan Mustafa Sanfal onu məhkəməyə verib və təzminatın ləğv olunmasını tələb edib.

O, hər ay ödədiyi 15 min lirə təzminatın ləğvini və Çubuklu Vadidəki 70 min lirəlik kirayə gəlirini alan Eminanın bu hüquqdan məhrum edilməsini istəyir.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər