16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Natəvan Həbibi keçmiş həyat yoldaşı ilə yenidən bir araya gəlib
Tarix: 12-08-2021 17:05 | Bölmə: Şou-biznes
Natəvan Həbibi keçmiş həyat yoldaşı ilə yenidən bir araya gəlib

Müğənni Natəvan Həbibi keçmiş həyat yoldaşı Dado Əliyevlə yenidən bir araya gəlib.

Reyting.az
Lent.az-a istinadla xəbər verir ki, N. Həbibi sosial şəbəkə hesabında paylaşdığı videoda keçmiş həyat yoldaşı Dado ilə birlikdədir.

Reper Dado müsahibələrindən birində ayrılmalarına baxmayaraq, tez-tez bir araya gəlmələrini belə açıqlamışdı:

"Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olursa-olsun, yenidən evə, uşağımızın yanına qayıdırıq".

Xatırladaq ki, Natəvan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Dado boşandıqlarını "Instagram" səhifəsində bildirmişdi.

Cütlüyün Zeyd adlı bir oğlan övladı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}