Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-03-2016 15:04 | Bölmə: Şou-biznes

"Hələ indən belə 40 il də yaşayacam…”
Düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Xalq artisti, şou-biznesdə primadonna titulu ilə müğənnilərin qəniminə çevrilən İlhamə Quliyeva bu sözlərdən sonra heç dörd ay da yaşamadı. Şou-biznesin səs-küylü primadonnası ölümündən sonra da qalmaqalların mərkəzindədir...
Sağlığında
ona yaxın olan hər kəs - aparıcıdan tutmuş, qohum-qardaşa qədər hamı miras qalmaqalına qatılmaqdan özünü saxlaya bilmədi. Sağlığında
qorxusundan bu mövzuda danışa bilməyənlər indi İlhamə Quliyevanın bank
hesablarındakı pulunu da
hesablamağa başladılar. Pul şirin şeydir axı...
Bəs yaxşı, əslində vəziyyət necədir? Doğrudanmı mərhum sənətkar bu qədər var-dövlət sahibiymiş? Onun varidatı nə qədərdir?
Reyting.az publika.az-a
istinadən araşdırmanı təqdim edir:
Bir onda olub, bir ərəb şeyxində...
Əvvəlcə avtomobillərdən başladıq. Öyrəndik ki, İ.Quliyevanın iki
avtomobili olub. "İnfiniti" avtomobilinin qiyməti 100 min manat civarındadır. "BMW-limuzin" markalı digər avtomobilin qiyməti də 100 min manatdır. Deyilənə görə, xalq artisti
avtomobili alanda həmin vaxt bu
"Limuzin"dən cəmi üç nəfərdə olub: ərəb şeyxində, rusiyalı oliqarxda, bir də İlhamədə!
Avtomobilin rəngi günün müxtəlif saatlarında dəyişirmiş. Bunlardan öncə xalq artisti uzun illər 120 min
manatlıq
"Hammer"i idarə edib. Onun
bütün avtomobillərinin nömrə nişanı "100"-lə qurtarıb. Avtomobillər isə ağ rəngdə olub. Yeri gəlmişkən, primadonna
bəyaz rəngi çox sevirmiş. Ağ avtomobil, ağ qızıl, ağ qızılgüllər... Bəlkə də bunun mistik
anlamı varmış. Amma özü bunu, sadəcə, zövqlə əlaqələndirirmiş.
Bir bağ, iki
bina evi...
Xalq artistinin bir bağı, iki bina evi olub. Zeynəb Xanlarova,
Xuraman Qasımova, millət vəkili Siyavuş Novruzov, Bakı İqtisad
Universitetinin rektoru və digər tanınmışlarla qonşu olan İ.Quliyeva vaxtının çoxunu Bilgəhdəki bağ evində keçirirmiş. Həyət evində yaşamaqdan xüsusi
zövq aldığını isə dəfələrlə deyirmiş.
Primadonnanın evlərindən biri İzmir parkı ilə üzbəüz binada, digəri isə "Elmlər Akademiyası"
metrostansiyası yaxınlığında yerləşib. Elə gözlərini də əbədiyyətə məhz bu mənzildə qapayıb.
Bahalı brilyantları primadonnaya hansı oliqarx bağışlayıbmış?
Primadonnanın dillərə dastan olan, göz qamaşdıran ləl-cəvahiratı olub. Xalq
artisti ağ qızılları və brilyantları çox sevirmiş. Qiyməti on min
manatlarla ölçülən daş-qaş dəstlərinin bəzilərini özü alsa da, çoxunu ona hədiyyə ediblərmiş. Mərhum müğənninin qızılları və bəzi brilyantları şüşə balonlarda
saxladığı da iddia
olunur. Onun bahalı zinət əşyaları sırasında 10, 20 və 25 minlik dəstlər olub. Bu dəstləri ona Azərbaycan və Rusiyada yaşayan oliqarx
dostlarının hədiyyə etdiyi deyilir.
Elə yerli şou-biznes nümayəndələrindən də az hədiyyə almırmış. Onun daş-qaş aşiqi olduğunu bilən şou-biznes nümayəndələri primadonnanın könlünü brilyant üzük, sırğa, qızıl zəncirlərlə alıb, xətrini xoş edirlərmiş. Bu müğənnilər sırasında Manaf
Ağayev, Nadir Qafarzadə, Cavanşir Məmmədov, Səməd Səmədov, Nuri Sərinləndirici, Abbas
Bağırov və digərləri var.
Şou-biznes nümayəndələri dəfələrlə bildiriblər
ki, hədiyyələrin gəlməsi üçün İlhamə Quliyevanın bir dəfə barmaq silkələməsi yetirmiş. Adı qara siyahıya düşən müğənnilər dərhal əllərini ciblərinə salıb, üz tuturlarmış paytaxtın ən məşhur zərgərlərinin yanına.
İlhamə bu hədiyyələrin müqabilində müğənnilərə yaşıl işıq yandırıb. Bəzilərinə titul verib, bəzilərini isə bir neçə kəlmə ilə şərəfləndirib. Onun səxavət kisəsi hədiyyənin məbləğindən asılı olaraq kiminin üzünə tam açılıb, kiminin də üzünə yarımçıq. Əslində, xalq artisti bunu gizlətməyib də. Dəfələrlə efirdə söyləyib ki, onun kimisə reklam etməsiüçün
bank hesabına
pul köçürülməlidir.İ.Quliyevanın bir kəlmə xoş sözü hər yerdə keçərli, acı sözü isə qılıncdan da kəsərli olub.
Primadonnanın bankda nəqədər
pulu varmış?
Gəlib çatdıq getdikcə daha
az adamın "əl çirki", böyük əksəriyyətin isə "həyat
cövhəri" hesab etdiyi pullara. Primadonnanın ailədostlarından
birinin qulağımıza pıçıldadığına görə, onun banklarda 280
min manat pulu olub. Özünəqismət olmayan bu pulun, eləcə də, avtomobillərin,
bağın, evlərin, bir sözlə, mirasın kiməqismət olacağını isə bir Allah bilir.
Hər halda, insan övladı yığdığını da elə bu dünyadaca qoyub gedir. Ən böyük sərvəti isə özüylə aparır. O sərvətin adı -yaxşılıqdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər