Məşhur ifaçının adı növbəti qalmaqalda hallanır
Tarix: 20-08-2021 17:35 | Bölmə: Şou-biznes
Məşhur ifaçının adı növbəti qalmaqalda hallanır

39 yaşlı Britni Spirsin həyatındakı qalmaqallar bitmək bilmir.

Xarici media xəbər verir ki, ifaçı ilə bağlı növbəti qalmaqal yaşanıb. Bu dəfə Britni evdə çalışan işçisinə hücum etməkdə günahlandırılır.

Mübahisəyə səbəb ifaçının iti olub. Köməkçisi Spirsin itlərini həkimə aparıb, onlarla yaxşı rəftar olunmamasından gileylənib. Evə qayıdanda müğənni ilə aralarında mübahisə başlayıb.

Köməkçi bildirib ki, Britni əlindəki telefonu ona tərəf atıb və onu vurub. Bundan sonra zərər çəkən qadın polisə zəng edib. İfaçının meneceri isə belə bir mübahisənin olmadığını bildirib. Vəkil isə bunun sadə bir mübahisə olduğunu deyib. O bildirib ki, Spirs qadına heç bir xəsarət yetirməyib.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər