Prodüser Təranə Səmədovanın pulunu oğurlamaq istəyiblər - Foto
Tarix: 25-08-2021 14:57 | Bölmə: Şou-biznes
Prodüser Təranə Səmədovanın pulunu oğurlamaq istəyiblər

“Evimdəki pianonu satmaq üçün internet səhifələrdən birinə yerləşdirdim. Məryəm adlı bir xanım zəng etdi ki, pul göndərəcəm, sabah pianonu götürərəm. Qazaxıstandan zəng gəldi, özünü Məryəm xanımın köməkçisi kimi təqdim etdi. Dedi ki, kartınızı fotosunu göndərin, pul köçürək. Göndərdim, ad, soyadımı dedim. Başladılar ki, arxadakı kodu deyin. Onda başa düşdüm…”

Reyting.az
xəbər verir ki, bunu prodüser Təranə Səmədova Axşam.az-a açıqlamasında deyib.

Prodüser iddia edir ki, həmin şəxslər onun bank kartından pul oğurlamaq istəyiblər: “Dedim ki, məndən pul oğurlamaq alınmadı, məni söyüb "blok" etdi. Sonra mənə mesaj gəldi ki, siz saytdan 50 manat qazanmısınız, əlaqə yaradacağıq. Bir nəfər zəng etdi, kişi qəribə tonda danışır ki, 50 manat qazanmısınız, kart məlumatları göndərin, köçürək. Bildim ki, eyni adamlardır. Dələduzluqlarını anladığımı görüb, yazdığı mesajı silib məni "blok" etdi".






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}