Müğənni Şəbnəm izləyicilərindən polisə şikayət edib
Tarix: 27-08-2021 20:56 | Bölmə: Şou-biznes
Müğənni Şəbnəm izləyicilərindən polisə şikayət edib

Müğənni Şəbnəm Tovuzlu ötən gün paylaşdığı fotosu müzakirələrə səbəb olub.

Reyting.az
xəbər verir ki, qara qısa tayt və top geyinən sənətçiyə izləyiciləri təhqirlər yazıb. Şəbnəm də bir neçə şərhi cavabsız qoymayıb. O, söyüşə söyüşlə cavab verib.

Şəbnəm Axşam.az-a açıqlamasında geyim tərzinin təhqir edilməsindən danışıb:

"Mənim təhqir ediləcək nəyim var? Qəbələdə ailəmlə birlikdə bağ evi kirayələyib dincəlirik. Küçədə qızların geyindiklərini, mən həyətimdə geyinmişəm. Burada eyib nə var? İdman zalına gedib bu cür geyinirlər. Onda demirlər, ayağını belə araladı, nə etdi?

Son vaxtlar 8 kiloqram arıqlamışam. Elə də kök deyiləm. Kimi narahat edir? Ayağımı qaldırıb haramısa göstərmirəm, eyib hərəkətim yoxdur. Müğənniyəm, hər cür də şəkil paylaşmalıyam. Düz edib, cavab verirəm. Təhqir olunası heç nə etmirəm".

Müğənni bildirib ki, ünvanına söyüş yazan izləyicisindən polisə şikayət edib:

"Ruisiyada bir qadın təhqir yazırdı. Artıq tək mənim səhifəmə yox, haqqımda harda nəsə olurdusa, ora da söyüşlər yazırdı. Mən də polisə şikayət etdim, tapdılar gətirdilər. Xanım azərbaycanlı idi, Masallı bölgəsindən. Rusiyada yaşayırdı. Ailəsi ilə birlikdə gətirdilər, üzr istədi. Söyməkdə məqsədin nədir? Videosunu da çəkdim, amma yaymadım.

Bir müddət əvvəl də bir oğlandan polisə şikayət etdim, Lənkərandan idi. Polis tərəfindən Bakıya gətirildi, üzr istədi. Heç kimə heç nə etmirəm. Niyə girib məni təhqir edib, söyməlidirlər?".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər