26 ölkə “Avroviziya” müsabiqəsində iştiraka razılıq verib
Tarix: 01-09-2021 14:10 | Bölmə: Şou-biznes
26 ölkə “Avroviziya” müsabiqəsində iştiraka razılıq verib

2022-ci ilin may ayında keçiriləcək 66-cı “Avroviziya” mahnı müsabiqəsində iştirak niyyətini təsdiqləyən ölkələrin sayı 26-ya çatıb. Reyting.az Novator.az-a istinadla 2021-ci il sentyabrın 1-nə olan siyahını təqdim edir:

Albaniya, Almaniya, Avstraliya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Malta, Niderland, Norveç, Polşa, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Mahnı yarışmasına İtaliya ev sahibliyi edəcək.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında 27 ölkə zəfər əldə edib. İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, 30-cu yerdə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər