Müğənni həmkarlarına xəbərdarlıq edib
Tarix: 03-09-2021 08:15 | Bölmə: Şou-biznes
Müğənni  həmkarlarına xəbərdarlıq edib

Müğənni İradə İbrahimova şou-biznes aləmində ədəb qaydalarını pozan və əxlaqi dəyərlərə hörmət etməyən həmkarlarına xəbərdarlıq mesajı yollayıb.

Türkiyədə yaşayan sənətçi sosial şəbəkə hesabında yazıb ki, ədəb qaydalarını pozan həmkarlarına görə məyus olub:

“Əxlaq qaydalarına riayət, hədd, sərhəd – bu, dünyada hər kəsə məxsusdur. Bir az ədəb, tərbiyə. Həddini aşan-aşanındır. Bəzən gördüklərimə çox üzülürəm və ürəyim bulanır”.

Müğənni qeyd edib ki, necə yaşayırsan, yaşa, amma ədəbinlə yaşa: “Ədəbsizlərin mükafatlandırıldığı etibarsız həyata üzülürəm. Əxlaqsızlıq, ədəbsizlik, cahillik dəb olarmı? Təəssüf…”




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər