Xalq artisti ölümcül virusa yoluxub
Tarix: 07-09-2021 17:29 | Bölmə: Şou-biznes
Xalq artisti ölümcül virusa yoluxub

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.

Reyting.az
-ın məlumatına görə, müğənni bildirib ki, həkimlərin yazdığı müalicəyə əməl etməyib və ona dərman yazan həkimləri evdən qovub.

B. Dadaşova artıq 25 gündür koronavirusa yoluxduğunu bildirib: “Şükür, indi yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası, əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə, hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".

Dadaşova deyib ki, COVID-19-a yoluxanda depressiyaya düşüb:

"Əvvəl kimsə depressiyaya düşəndə deyirdim musiqi dinləyin. İnsan necə depressiyaya düşə bilər? Amma indi özüm gördüm. 12 gün hərarət olar? Burda depressiyaya düşməmək mümkün deyil".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər