Müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub
Tarix: 17-09-2021 10:49 | Bölmə: Şou-biznes
Müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub

Dünən Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Müğənninin qohumu Razim Qarayev bildirib ki, müayinə nəticəsində S. Əlizadənin ağ ciyərində 70 faiz buzlu şüşə aşkarlanıb.

R. Qarayev deyib ki, ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, S. Əlizadə 15 gün əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-nin Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər