Məşhur cütlük 11 milyon dollara mülk alıb - Fotolar
Tarix: 23-09-2021 12:26 | Bölmə: Şou-biznes
Məşhur cütlük 11 milyon dollara mülk alıb

"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas Mayamidə yeni malikanə alıb.

Reyting.az
xəbər verir ki, cütlük villa üçün 11 milyon dollar (təxminən 18 milyon 688 min 820 manat) ödəyib. Dəniz sahilində yerləşən 6 mərtəbəli evin ümumi sahəsi 10 min 416 kvadratmetrdir və 0.4 hektar ərazidə yerləşir.

Malikanədə 8 hamam, 6 yataq otağı, hovuz, qapalı bağlar, balıq gölü, şərab zirzəmisi var.

Qeyd edək ki, ikili 3 ay bundan əvvəl Los-Ancelesdəki malikanələrini 16,7 milyon dollara (təxminən 28 milyon 390 min manat) satıb.(Axşam.az)









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}