07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Zülfiyyə Xanbabayeva şəhid ailələri ilə Şuşaya gedib - Fotolar
Tarix: 24-09-2021 10:11 | Bölmə: Şou-biznes
Zülfiyyə Xanbabayeva şəhid ailələri ilə Şuşaya gedib

Xalq artisti Zülfiyyə Xanbabayeva Şuşaya gedib.

Reyting.az
xəbər verir ki, müğənni "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində şəhid ailələri ilə görüşüb. İfaçı həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

"Əziz bizim şəhidlik zirvəsinə çatmış qəhrəman qardaşlarımız. Sayənizdə, qanınız bahasına geri qaytarılmış Şuşamıza bir daha səfər etdik. "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" silsilə layihəmiz çərçivəsində sizin şəhid olduğunuz torpaqlarda valideynləriniz, həyat yoldaşlarınız və gül balalarınızla bir daha yenidən görüşdük. Şuşada görüşdük! Ömrümüzün sonunacan sizə minnətdarıq. Sizi dünyaya gətirən anaların qarşısında baş əyirik. Nurlar içində yatın. Bu layihədə iştirak edən bütün komandaya, xüsusilə Cəlal Qurbanova təşəkkür edirəm",- deyə Xanbabayeva paylaşımında qeyd edib.(Axşam.az)









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}