16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Space” TV-də dəyişiklik: dörd aparıcı ilə əməkdaşlığa son qoyulub
Tarix: 04-10-2021 11:25 | Bölmə: Şou-biznes
"Space” TV-də dəyişiklik: dörd aparıcı ilə əməkdaşlığa son qoyulub
"Space” TV-də yeni mövsümlə bağlı bir çox dəyişikliklər edilib. Yeni aparıcıların işə qəbulu ilə yanaşı bəzi şəxslərin adıçəkilən TV-də əməkdaşlığına son qoyulub.

Reyting.az
xəbər verir ki, telekanalın yeni mövsüm tanıtım çarxında aparıcı Elçin Əlibəyli yer almayıb. Onun aparıcılıq etdiyi "El bizim, sirr bizim" proqramı yayımını dayandırıb.

Kanaldan gedən digər aparıcı isə Turan İbrahimov olub. O, Axşam.az-a açıqlamasında deyib ki, heç bir telekanalda çalışmayacaq:

"Öz istəyimlə işbirliyinə son qoydum. Amma tam nöqtə qoymamışam. Hələ ki, tam başqa sahədə çalışıram. Başqa gözləntilərim var. Piar sahəsində çalışmaq istəyirəm. Ola bilsin ki, televiziyadan ümumiyyətlə uzaqlaşdım".

Ötən mövsüm “Space” TV-də səhər verilişini aparan Afət Abdullayeva və Anar Cəfərov da kanalla yollarını ayırıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}