Teleaparıcı Rövşanə: “Simic kişidən ər olmaz”
Tarix: 04-10-2021 20:26 | Bölmə: Şou-biznes
Teleaparıcı Rövşanə: “Simic kişidən ər olmaz”

“Kişi simic oldu, apar qaytar…”.

Reyting.az
xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı “ailədə büdcəyə nəzarət”lə bağlı suala cavabında bildirib.

Aparıcı kişilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Belə fikir var ki, pulu qazanmaq asan, xərcləmək çətindir. Baxırsan, qadın var, gəlirini-çıxarını düzgün bölə bilmir: üst-üstə geyimlər, soyuducunda yeyilməyəcək ərzaqlar... Qarderobda bir-birinə bənzəyən geyim dəstləri, oxşar ayaqqabılar… Nə olub, dünyanın axırıdır? Yavaş-yavaş xərclə də…

Mənə elə gəlir ki, hər bir qadın yığımcıl və yaxşı mənada bir az simic olmalıdır. Amma mütləq ehtiyatı olsun gərək. Kiməsə borca getməsin. Möhtac qalmasın. Eləsi var ki, bəhsə-bəhs kreditə girir, filankəsdə var, məndə də olsun. Bunun bir adı var: görməmişlik! Həmişə pul qazanmaq olmur, bunu unutmaq olmaz.

Kişilərə gəlincə, Rövşanə Ağasəfqızı deyib ki, səxavət onların üzünü ağ edən cəhətlərdən biridir: «Kişi simic oldu, apar qaytar… Əliaçıqlıq kişiyə yaraşıq verir. Kişi xərcləsin, qadın yığsın. Əlini cibinə aparmayan kişidən ər olmaz. Pul xərcləməyə tək pul yox, həm də ürək lazımdır. Ürəksiz kişidən sevgi, ruh-filan da gözləməyin”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər