Məşhur model İslam dinini qəbul edib - Fotolar
Tarix: 07-10-2021 14:18 | Bölmə: Şou-biznes
Məşhur model İslam dinini qəbul edib

Rusiyalı model Anastasiya Reşetova İslam dinini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə daha əvvəl yayılan məlumatları model “İnstaqram” hesabında təsdiqləyib.

“Bəli, bu barədə danışmamışam. Düşünürəm ki, bu ən yaxın olan insanlarla müzakirə edilməlidir", - deyə A. Reşetova bildirib.

Anastasiya İslam dinini qəbul etməsininin münasibətdə olduğu ərəb şeyxi və ya çeçen iş adamı ilə əlaqədar olmasına dair iddialara da aydınlıq gətirib:

"Bir kişiyə görə müsəlman olmadım. İnsan özü belə bir qərara gəlməlidir, kənardan kiminsə köməyi ilə deyil. Mənə gəldikdə isə, qərara kimsə təsir edərsə, bu, səmimi olmaz".

Qeyd edək ki, bir zamanlar Timati ilə sevgili olan Anastasiyanın reperdən Ratmir adlı oğlu var.(Axşam.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}