Xalq artistinin 30 min dollarını mənimsəyiblər
Tarix: 14-10-2021 13:06 | Bölmə: Şou-biznes
Xalq artistinin 30 min dollarını mənimsəyiblər

Xalq artisti Nazpəri Dostəliyeva Xalq artisti Alim Qasımovun əmisi oğlu Yusifə verdiyi borc pulu ala bilmir.

Reyting.az
-ın məlumatına görə, N. Dostəliyeva Axşam.az-a deyib ki, illərdir bu məsələ öz həllini tapmır:

"Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim. Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa".

Müğənni verdiyi borcun məbləğini də açıqlayıb:

"Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır".

Xanəndə Alim Qasımov isə Yenicag.az vasitəsilə xahiş edib ki, belə məsələlərdə onun adını hallandırmasınlar.

Xanəndə belə məsələlərə qarışmadığını bildirib:

“Mənim nəyimə lazımdır ki, kim kimdən pul alıb? Qohumumdur deyə mənim adım hallanmalıdır? Mənim onlardan xəbərim yoxdur. Yusif elə Nazpəri xanımın özünün qohumudur. O adam indi həyatda yoxdur, rəhmətə gedib”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər