Məşhur cütlüyün mənzili satışa çıxarılıb - Fotolar
Tarix: 17-10-2021 08:39 | Bölmə: Şou-biznes
Məşhur cütlüyün mənzili satışa çıxarılıb

Model Karli Kloss və həyat yoldaşı, milyarder Coşua Kuşner Nyu-Yorkdakı mənzillərini satışa çıxarıb.

Reyting.az
xəbər verir ki, buna səbəb cütlüyün körpələrini yaxşı şəraitdə böyütmək üçün eyni binada daha geniş mənzilə köçməsidir. Karli və Coşua evlərini 23,5 milyon dollar qarşılığında satmağı planlaşdırırlar.

İki mərtəbəli olan mənzilin daxilində 1885-ci ildə inşa edilmiş lift və özəl idman zalı, 4 yataq və 6 vanna otağı var.

Eyni zamanda, cütlüyün yeni mənzillərini 42,5 milyon dollara aldığı bildirilir.

Qeyd edək ki, cütlüyün Levi Cozef adlı oğlu keçən ilin mart ayında dünyaya gəlib.(Axşam.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}