11:29 / 07-12-2021
Azərbaycan nefti bahalaşır
Müsabiqədə qalmaqal: model yarışmasının gözəlinə əxlaqsızlıq təklif olunub - Fotolar
Tarix: 19-10-2021 10:57 | Bölmə: Şou-biznes
Müsabiqədə qalmaqal: model yarışmasının gözəlinə əxlaqsızlıq təklif olunub

Türkiyənin “Best Model” yarışmasında “Best Smile” gözəli seçilən Elmas Yıldız “2-ci sayfa” verilişində iddiaları ilə yenidən gündəmə gəlib.

Reyting.az
xəbər verir ki, Elmas qalibin müsabiqədən əvvəl təyin olunduğunu bildirib:

“Yer tutanlar əvvəlcədən bəlli idi. Onlara ayrı otel otağı tutuldu. Yer tutacaq iştirakçıları Erkan Özarmanı masaj etməyə çağırırdılar”.

Yıldızın sözlərinə görə, məsul şəxs kişi iştirakçılara da zəng edərək “Erkan Özarmanı masaj etmək istəyərsən?”,- deyə mesajlar göndərib. Alınan rədd cavablarına isə “Yarışda görərsən”,- deyə qarşılıq verilib.

“Best model” iştirakçılarından olan Barış Arslan da verilişə zəng edərək Elmas Yıldızın dediklərini təsdiqləyib:

“Həmin əxlaqsız təklifləri qəbul etməyəcəmsə, yer tuta bilməyəcəyim söhbəti tamamilə doğrudur. Qulaqlarımla eşitdim. Telefonda mesaj göndərilərək mənə bunlar deyildi. Əxlaqsız təklifi qəbul etmədiyim üçün yer tutmadım. Mükafata layiq olmayan adlar 2-3-nü birdən aldı. Yarışma tarixində kiminsə üst-üstə bu qədər dərəcə alması yaşanmayıb. Mən səhnədə şok oldum”.

Qeyd edək ki, 83 yaşlı Erkan Özarman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Qaqşalova və Bartu Dilmendir.(Axşam.az)







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}