Xalq artistinin səhhəti normallaşıb
Tarix: 22-10-2021 16:28 | Bölmə: Şou-biznes
Xalq artistinin səhhəti normallaşıb

Bir müddət əvvəl yenidən müayinə olmaq üçün Türkiyəyə gedən Xalq artisti Ağadadaş Ağayevin səhhəti normallaşıb.

Reyting.az
-ın məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən müğənninin xanımı Axşam.az-a deyib ki, A. Ağayev hazırda özünü yaxşı hiss edir:

"Hər 3 aydan bir müayinəyə getməlidir. Budəfəki yoxlanış yaxşı keçdi. Bütün müayinələr təmiz çıxdı. İndi özünü yaxşı hiss edir. Artıq Bakıya qayıtmışıq".

Qeyd edək ki, A. Ağayev üç dəfə əməliyyat olunub. İfaçı ötən ayın 21-də müayinə üçün İstanbula yollanmışdı.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər