Müğənninin nəvələri analarından alınıb - Qərar
Tarix: 28-10-2021 13:37 | Bölmə: Şou-biznes
Müğənninin nəvələri analarından alınıb

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və gəlini Canananın növbəti məhkəmə prosesi keçirilib.

Reyting.az
xəbər verir ki, hakim ayrılan cütlüyün 3 övladının qəyyumluğu ilə bağlı qərar verib. Qərara əsasən, Kərimin övladları Tuncay, Ruhlan və Mətanət atada qalıb.

Canana Axşam.az-a bildirib ki, məhkəmənin qərarından şikayət edəcək:

"Hakim qərar verdi ki, uşaqlar atada qalmalıdır. Mənim uşaqlarımı heç bir psixoloq olmadan dindiriblər. Bu necə ədalətdir? Necə qərar verilə bilər? Onlar körpədir, anadan ayrı necə qalacaqlar? Hər yerə şikayət edəcəm, lazım gələrsə, Avropa məhkəməsinə gedib çıxacam".

Canana bildirib ki, dünənki məhkəmədə uşaqlar atası ilə qalmaq istədiyini deyiblər:

“Uşaqları öyrədib gətiriblər. Ruhlan deyir, onları seçirəm, mənə "playstation" alacaqlar. Tuncaya deyirəm nə üçün belə qərar verdin? Cavab verir ki, sənə yük olmayım, onlar pulu rahat qazanırlar. Sən isə çox işləməlisən, istəmirəm əziyyət çəkəsən. Pul insan həyatını idarə edir, balanı anadan ayrı salır”.





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər