16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müğənni DMC REMO yeni klipini təqdim edib - Video
Tarix: 01-11-2021 14:14 | Bölmə: Şou-biznes
Müğənni DMC REMO yeni klipini təqdim edib

Azərbaycan repinin parlayan ulduzlarından biri DMC REMO (Tural Abuzərli) yeni klipini təqdim edib.

Reyting.az
Milli.Az-a istinadla xəbər verir ki, əvvəlki işləri ilə rep həvəskarlarının böyük rəğbətini qazanan Remonun "ROBOT" adlı mahnısı da qısa müddət ərzində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Mahnının aranjımanı DyRose-ə, sozləri DMC REMO-ya məxsusdur. Ekran işinin rejişsorlugunu isə DMC REMO və Ruslan Paşayev edib.

Qeyd edək ki, DMC REMO orjinallığı və özünəməxsus dəsti-xətti ilə digər ifaçılardan fərqlənir. Məhz bu səbəbdən də sənətçinin mahnıları rep həvəskarları və gənclər arasında daha çox populyardır.

DMC REMO-nun ifasında "Gedirəm", "Sönər işıqlar", "Qaranquşlar" ifalarına da qulaq asmaq olar.

Onu da qeyd edək ki, Turalın son təqdim etdiyi klip də sosial şəbəkələrdə gənclər arasında böyük maraqla qarşılanıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}