23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Reperi mağazada güllələyiblər
Tarix: 18-11-2021 10:12 | Bölmə: Şou-biznes
Reperi mağazada güllələyiblər

Tanınmış reper mağazadan peçenye alarkən silahlı hücuma məruz qalıb.

Reyting.az
xarici elektron portallara istinadla xəbər verir ki, ABŞ-ın Kolorado ştatının Orora şəhərində baş vermiş atışma nəticəsində qaradərili reper Young Doplh (əsl adı – Adolf Robert Tornton) qətlə yetirilib.

Yayılan məlumatlarda qeyd olunur ki, insident gündüz saatlarında kafe-mağazada baş verib. Mağazaya peçenye almaqdan ötrü daxil olan tanınmış reperi naməlum şəxs avtomobildən atəşə tutub.

Yeri gəlmişkən, bir gün əvvəl həmin şəhərdəki məktəblərin birində baş vermiş atışma barədə də məlumat yayılmışdı. Silahlı hücumdan sonra 14-17 yaş arası beş məktəbli xəstəxanaya çatdırılıb. Bir qədər sonra 18 yaşlı qız da klinikaya özü müraciət edib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qız hadisə zamanı yüngül xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}