Baloğlan Əşrəfov baş kəsib, qan tökmək istəyir – Qalmaqal
Tarix: 04-04-2018 13:53 | Bölmə: Şou-biznes
Baloğlan Əşrəfov baş kəsib, qan tökmək istəyir

Əməkdar artist Baloğlan Əşrəfov canlı efirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyliyə hədə-qorxu gəlib.

Reyting.az
xəbər verir ki, "Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində qonaq olan müğənni aparıcını başını kəsməklə hədələyib:

"Mən heç vaxt Üzeyir bəyi tənqid etməmişəm. Üzeyir bəy Şərq aləminin musiqi peyğəmbəridir. Danışığına fikir ver, sənə axırıncı dəfə xəbərdarlıq edirəm. Bu sözə görə sənin başını kəsərəm".

Baloğlan Əşrəfov baş kəsib, qan tökmək istəyir

E.Əlibəyli B.Əşrəfovun bir müddət öncə Üzeyir Hacıbəyli barədə "O, Şərq musiqisinə ziyan vurub" dediyini xatırladıb.

B.Əşrəfov isə bildirib ki, aparıcının söylədikləri həqiqəti əks etdirmir:

"Danışığınıza fikir verin. Məni səhv anlayıblar. Şərq aləmində Üzeyir bəydən böyük bəstəkar olmayıb. Mənə irad tutdular ki, oxumağında Şərq koloriti var. Dedim ki, Üzeyir bəyin yazdığı əsərlərdə də o kolorit olub.

Üzeyir bəyi yazdığı mahnılara görə Peterburqa çağırırlar. Deyirlər, sənin yazdıqlarından Şərq iyi gəlir. Deyirlər ki, get, səni Sibirə göndərmirik. Get, yazdıqlarına bir az düzəliş et. O da tarın pərdələrindən artıq şeyləri sökür. Ondan sonra Peterburqdakı rəhbərliyin istədiyi formada əsərlər yazır. Yeri gəlmişkən, deyim ki, həmin verilişdən sonra Elçin bəy mənə zəng vurub üzr istədi".

E.Əlibəyli isə qeyd edib ki, məhz sözügedən verilişdən sonra bir nəfər zəng vuraraq onu ölümlə hədələyib:

"Həmin nömrəni hələ də saxlayıram. Ancaq mən sizdən üzr istəməmişəm".(olke.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər