“Bakı gözəli-2018”-də rüşvət qalmaqalı başlayıb
Tarix: 26-05-2018 07:35 | Bölmə: Şou-biznes
“Bakı gözəli-2018”-də rüşvət qalmaqalı başlayıb

“Bakı gözəli- 2018” müsabiqəsi ətrafında baş verən qalmaqalın əsas iştirakçısı Lalə Aslanova açıqlama verib. “Qafqazinfo”ya danışan model təşkilatçıların hər iki iştirakçıdan pul alaraq onlara birincilik vədi verdiyini deyib:

“Orada olan bütün çəkilişlər mənim əlimdədir. Birincilik heç kimə verilməyib. Hətta prodakşının səhifəsində belə bir məlumat yazılmayıb. Cəmi bir tac mənim başıma qoyuldu”.

Lalə Aslanova bildirib ki, birinci yer üçün ondan da, başqa qızdan da pul alınıb:

“Mənə də, ona da birincilik vədi verilib. Mən ona görə başımdan tacı yerə atdım. Onlarla ikinci yox, birinci yeri danışmışdım”.

L. Aslanovanın ittihamlarına “Show Production”ın mətbuat xidməti isə belə cavab verib:

“Bütün gözəllik yarışmalarında gərginlik və mübahisələr yaranır. İştirakçıların hamısı qalib ola bilməz. “Bakı gözəli – 2018”-də qalibləri müəyyənləşdirmək üçün münsiflər və tədbirdə iştirak edən qonaqlar arasında səsvermə aparılır. Bu səbəbdən öz gpzəlliyinə güvənən xanımlar arasında mübahisə və anlaşılmazlıq yarana bilir. Butün anlaşılmazlığa aydınlıq gətirilərək məsələyə son qoyuldu”.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər