Bəyin qalmaqallı hərəkəti: gəlini küncə sıxaraq sürüyüb - Fotolar
Tarix: 10-11-2022 15:21 | Bölmə: Şou-biznes
Bəyin qalmaqallı hərəkəti: gəlini küncə sıxaraq sürüyüb

Sosial şəbəkələrdəki bəy-gəlin zarafatlarına son günlər yenisi əlavə olunub. İngiltərədə toyda tort kəsilərkən bəyin etdiyi zarafat hər kəsi heyrətə gətirib. Toyda bəy tortu gəlinin üzünə atıb, qadın isə müvazinətini itirərək yerə yıxılıb.

Reyting.az
xəbər verir ki, toy gününü Tiktok sosial media platformasında paylaşan Jade Kennedi adlı qadın görüntülərdən sonra gündəmə gəlib.

Toy tortu kəsilərkən bəyin tortdan böyük bir dilim alaraq gəlinə yaxınlaşmasının görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. Bəyin tort dilimini üzünə çırpacağını anlayan gəlin çarəni zalın digər küncünə qaçmaqda görüb.

Gəlin bəydən qaçarkən bəy onu küncə sıxıb. Gənc qadının etirazlarına və qışqırıqlarına məhəl qoymayan bəy əlindəki tortu gəlinin üzünə yapışdırıb.

Bu vaxt yerə yıxılan gəlinin üzərinə çıxan bəy onun divara dəyməsinə məhəl qoymayıb. Kifayət qədər sərt olan bu “zarafat” sosial mediada böyük əks-səda doğurub.

Bəyin tənqid oxlarının hədəfinə çevrildikdən sonra açıqlama verən gəlin Jade bunun “məsum və gülməli” bir zarafat olduğunu bildirib. Ərinin pis niyyətli olmadığını, çox əyləndiklərini deyən gəlinin bu sözləri heç kəsi razı salmayıb.











Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}